Hazırda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin 17 törəmə müəssisəsi fəaliyyət göstərir. Bu törəmə müəssisələrinin aktivlərinin bazarda dəyəri 673 milyon manatdır.
FED.az xəbər verir ki, bu barədə ASC-nin baş direktoru Kamran Nəbizadə qurumun ötən ildəki fəaliyyətinin nəticələrinə həsr olunan hesabat iclasında deyib.
Xatırladaq ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC prezident İlham Əliyevin 6 noyabr 2017-ci il tarixli Fərmanına əsasən yaradılıb.
Şirkət vaxtilə Azərbaycan Beynəlxalq Bankından kredit götürülməsi üçün girov qoyulmuş, amam kreditlər qaytarılmadığı üçün ABB-nin sərəncamına keçmiş, bundan sonra isə toksik aktivlər kimi Aqrarkredit BOKT-a ötürülmüş müəssisələr əsasında təşkil edilib və həmin müəssisələrin sağlamlaşdırılması ilə məşğuldir.