2024-cü ilin 1-ci yarısında Gəncədə bəzi qida məhsullarının istehsalı azalıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Gəncə Şəhər Statistika İdarəsinin məlumatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-iyun aylarında Gəncədə 43,7 min ton un, 14,2 ton makaron istehsal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə un istehsalı bir qədər artsa da, makaron istehsalı 40% azalıb. Xatırlajaq ki, 2024-cü ildə şəhərdə 23,6 ton makaron buraxılmışdı.
Əvəzində bu il Gəncədə araq-çaxır istehsalı artıb. İlk 6 ayda burada 109 min dekalitr araq, 67,7 min dekalitr də şərab buraxılıb.
Ötən illə müqayisədə araq istehsalı 39 min dekalitr və ya 60% artıb, Şərab istehsalında isə 10%-dən çox artım baş verib.
Ümumilikdə bu il Gəncədə qida məhsullarının istehsalı 10% azalaraq 63,1 milyon manat olub.