"Daşkəsən rayonunda yerləşən Zəylik alunit filizləri yatağında mədən sahələrinin inkişafı nəzərdə tutulub".
Bunu "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə "Regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı" dövlət proqramının icrasının dördüncü ilinin yekunları: qarşıda duran vəzifələri" mövzusunda keçirilən tədbirdə deyib.
"Mədəndən çıxarılan alunit filizindən istifadə edilməklə iqtisadi baxımdan səmərəli və ekoloji cəhətdən təhlükəsiz metodların tətbiqi ilə gil torpağın və digər faydalı yan məhsulların istehsal edilməsi məqsədilə Gəncə Gil Torpaq istehsalat zavodunun işə salınması nəzərdə tutulur. Zavodun müasir texnoloji tələblərə uyğun qurulması və işə salınması, eləcə də texniki-iqtisadi əsaslandırılması üzrə iş aparılır", - deyə baş direktor vurğulayıb.