Türkiyədə 20 zavoddan ibarət STAR neft emalı kompleksi 19 Oktyabrda istifadəyə veriləcək.
STAR, 7 illik tikinti prosesinin ardından istifadəyə verilir.
SOCAR-ın Türkiyə investisiyaları içərisində əhəmiyyətli paya malik olan zavod, 19 Oktyabrda Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakının nəzərdə tutulduğu mərasimlə istifadəyə veriləcək.
İzmir Əliağada PETKİM şəhərciyi yanında 2011-ci ildə tikintisinə başlanan zavod 20 istehsal obyektindən ibarətdir.