Dünya birjalarında neft bahalaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,38 dollar və ya 0,62% artaraq 61,72 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelə görə qiyməti 0,37 dollar və ya 0,58% artaraq 64,70 dollar olub.