Dünya birjalarında neft bahalaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,34 dollar və ya 0,57% artaraq 59,63 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,42 dollar və ya 0,67% artaraq 63,01 dollar olub.