Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,25 dollar və ya 0,38% artaraq 66,39 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,07 dollar və ya 0,10% azalaraq 70,08 dollar olub.