Banner

Sənaye

Daha bir şirkət Azərbaycanda neft çıxarmaq istəyir

Daha bir şirkət Azərbaycanda neft çıxarmaq istəyir | FED.az
10:17 6 Fev 2019

Rumıniyanın təbii qaz istehsalçısı olan “Romgaz” şirkəti Azərbaycandakı “onşor” (sahil) və “ofşor” (dəniz) layihələrdə iştirak etmək niyyətindədir.

 

FED.az xəbər verir ki, şirkətin baş direktoru Adrian Volintiru “Jurnalul” nəşrinə müsahibəsində “Romgaz”ın gələcək planları və SOCAR-la əməkdaşlığından danışıb. O, şirkətin daha da inkişafı üçün xarici bazarlara çıxış, istehsalın artımı kimi addımların vacibliyini bildirib.

 

Adrian Volintiru deyib: “Romgaz” Azərbaycanda SOCAR-ın rəhbərliyi ilə keçiriləcək görüşdən sonra əməkdaşlığın daha da möhkəmlənəcəyinə inanır. Şirkət Azərbaycanda təbii qaz hasilatı ilə bağlı onşor və ofşor layihələrdə iştirak etmək niyyətindədir. Bu məsələ fevralın 20-də SOCAR-ın rəhbərliyi ilə görüş zamanı müzakirə olunacaq”.

 

Şirkət rəhbəri görüş zamanı TANAP və TAP vasitəsilə Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyaya qaz nəqli məsələsini müzakirə edəcəklərini deyib: “Ümumiyyətlə, SOCAR-la “Romgaz”ın əməkdaşlığı Rumıniya üçün vacibdir, görüşün konkret nəticəsinin olacağına ümidvarıq”.

 

Qeyd edək ki, “Romgaz” Rumıniyanın əsas qaz istehsalçısıdır və şirkətin səhmlərinin 70 faizi dövlətə məxsusdur.

Digər xəbərlər

Banner