İranın Neft naziri Bijan Namdar Zangane qarşıdakı aylar ərzində “çox ciddi neft qıtlığı” olacağını söyləyib.
Zangane Nazirliyin xəbər agentliyindən etdiyi açıqlamada, ABŞ – ın İran neftinə qarşı tətbiq edəcəyi sanksiyaların səbəb olacağı kəsirin digər qlobal istehsalçılar tərəfindən əvəz ediləcəyinə dair açıqlamaların bazarda təsirinin çox az və ya heç olmadığını bildirib.
Zangane, “Bazar və artan qiymətlər, bazarda tədarük azlığı olduğunun və qarşıdakı aylar ərzində çox ciddi neft qıtlığının olacağı istiqamətindəki əsaslı narahatlıqların ən yaxşı sübutudur”, deyə açıqlama edib.