Banner

Sənaye

Bu şirkətin baş direktorunun səlahiyyətlərinə xitam veriləcək - İCLAS

Bu şirkətin baş direktorunun səlahiyyətlərinə xitam veriləcək - İCLAS | FED.az
08:09 1 Mart 2019

15 aprel 2019-cu il tarixində “DALĞA” mehmanxanasında “Sumqayıt Sənaye İstehsal” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir.

FED.az ASC-nin elanına istinadən xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

Eləcə də bax: “Bakı Elektroştamp”ın səhmdarları toplaşır - RƏHBƏRLİK DƏYİŞƏCƏK

1. “Sumqayıt Sənaye İstehsal” Açıq Səhmdar Cəmiyyətinin Baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi və yeni Baş direktorun seçilməsi.

 

2. “Sumqayıt Sənaye İstehsal” Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi.

 

3. “Sumqayıt Sənaye İstehsal” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə (direktorlar) Şurası üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi və yeni Müşahidə (direktorlar) Şurası üzvlərinin seçilməsi.

 

4. “Sumqayıt Sənaye İstehsal” Açıq Səhmdar Cəmiyyətinin 2018-ci maliyyə ili üzrə maliyyətəsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması.

 

Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 17.00- dək, səhmdar cəmiyyətin Sumqayıt şəhəri, Metallurq küçəsi 5 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər. Yığıncaqda iştirak etmək vacibdir. Ünvan: Sumqayıt şəhəri, S.Vurğun küçəsi 1

Digər xəbərlər

Banner