Respublikanın ehtiyacı nəzərə alınaraq Ağsu ərazisində karton taralar istehsal edən bir müəssisə də yaradılacaqdır.
Bunu Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev bildirib.
İşlərə 2018-ci ildə başlanacaqdır.
“Azqranata” MMC-də də ciddi işlər gedir. İndi orada bütün içkilər bir yerdə istehsal olunduğu üçün alkoqollu içkilər üçün ayrı bina tikilir. İşlər gələn ilin aprelinə qədər yekunlaşmalıdır.
İcra hakimiyyəti başçısının sözlərinə görə, bütün bu işlərdə 250 nəfərə qədər adam çalışır. Yeni ildən isə daha 600-ə yaxın adam işlə təmin olunacaq.