Böyük Britaniyanın “British Petroleum” neft-qaz şirkətinin xalis mənfəəti 2018-ci ildə 12,7 milyard ABŞ dollar təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 2,8 dəfə çoxdur.
FED.az xəbər verir ki, BP-nin press-relizinə görə şirkətin gəliri həmin müddət ərzində 24% artaraq 298.756 milyon dollara çatıb. Həmçinin xalis borcun həcmi ötən il ərzində 37,8 milyard dollardan 44,1 milyard dollaradək artıb.
2018-ci ildə BP-nin gündəlik hasilatı “Rosneft”in payı da daxil olmaqla neft ekvivalentində 3,683 milyon barel, yəni əvvəlki ilə nisbətən 2,4% artıq, “Rosneft”in payı hesablanmadan isə 2,539 milyon barel olub. Bunun 2010-cu ildən ən yüksək göstərici olduğu bildirilir.
Eləcə də bax: BP Azərbaycanda 6 yeni kəşfiyyat quyusu qazmağı planlaşdırır
Bununla yanaşı, 2018-ci ildə şirkət Meksika körfəzində əvvəlki neft dağılmaları ilə bağlı ödəmələrə 3,2 milyard dollar vəsait yönəldib.
BP 10 milyard dollardan artıq məbləğindəki aktivlərini yaxın iki il ərzində satıb qurtarmağı nəzərdə tutur.