“Şahdəniz-2” yatağı üzrə 14 quyu qazılıb.
Bu barədə “BP-Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, 2017-ci ildə “Şahdəniz-1”in Alfa platformasında “SDA10” quyusu tamamlanıb və istismara təhvil verilib. “SDA11” quyusunda isə qazma işləri bərpa olunub və bu işlər hazırda davam edir.
“Şahdəniz-2” üzrə İstiqlal qazma qurğusu və “Maersk Explorer” hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində artıq 14 quyu qazıb, yatağın şimal cinahında 4 quyu, qərb cinahında isə 3 quyu tamamlayıb. “Şahdəniz-2”nin qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.