Bu ilin birinci rübündə Azərbaycanda 5 min tondan artıq lak-boya məmulatı istehsal olunub. Bu, 2018-ci ilin analoji dövrünə nisbətən iki dəfə çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ehtimal ki, bu tendensiya sənaye fəaliyyətinə vergi nəzarətinin sərtləşdirilməsinin nəticəsidir. Çünki ölkədə lak-boya məmulatının istehsalında iki dəfə artımı üçün obyektiv səbəb yoxdur.
Lak-boya məmulatının istehsalının rüblük həcmi 2013-cü ildə illik istehsal həcminə (5,2 min ton) uyğun gəlir. O vaxt neft gəlirlərinin zirvəsi olduğu tikinti sektorunda ciddi artım olmuşdu.
Eləcə də bax: Azərbaycanda 5 bələdiyyə vergilərdən - BİR MANAT DA YIĞA BİLMƏYİB
© Contact