Bu ilin I rübündə Səngəçal terminalından üçüncü tərəf həcmləri də daxil olmaqla 69 mln. bareldən çox neft və kondensat ixrac edilib ki bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 mln. barel və ya 2,8% azdır.
FED.az “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı hesabata əsasən xəbər verir ki, bu həcmin 61 mln. bareldən çoxu Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təqribən 8 mln. bareli Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) marşrutu vasitəsilə ixrac edilib. BTC ilə ötürülən neftin həcmi ötən ilin ilk rübü ilə müqayisədə 2 mln. barel və ya 3,2% azdır. Bakı-Supsa kəməri vasitəsilə nəql edilən neftin həcmi dəyişməyib.
Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 47 mln. standart kubmetr (təqribən 1 656 mln. standart kubfutdan çox) “Şahdəniz” qazı ixrac edilib. Qeyd edək ki, neft və qaz “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilir.Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və “Şahdəniz” qazı üçün təqribən 80 mln. standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səm t qazı da daxil olmaqla) gündəlik təqribən 100 mln. standart kubmetrdir.
Eləcə də bax: I rübdə AÇG-dən 7 mln. ton neft hasil edilib
Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə ixrac edilən - NEFTİN HƏCMİ MƏLUM OLUB
16:46
13 May 2019