Bu ilin I rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan gündə orta hesabla 571 min barel və ya ümumilikdə təqribən 52 mln. barel, yəni 7 mln. ton neft hasil edilib. FED.az xəbər verir ki, bu barədə yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı hesabatda qeyd edilib.
2018-ci ilin I rübündə blokda hasilat gündə orta hesabla 597 min barel və ya ümumilikdə təqribən 54 mln. barel, yəni 7 mln. ton olub.
Bildirilib ki, bu ilin I rübündə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Birincü rübdə “Çıraq” platformasından gündəlik 43 min barel, “Mərkəzi Azəri” platformasından 146 min barel, “Qərbi Azəri” platformasından 128 min barel, “Şərqi Azəri” platformasından 100 min barel, “Dərinsulu Günəşli” platformasından 96 min barel və “Qərbi Çıraq” platformasından 58 min barel neft hasil edilib.
Eləcə də bax: SOCAR-ın Türkiyədəki müəssisəsi Azərbaycana və qardaş ölkəyə mənfəət gətirəcək
I rübdə AÇG-dən 7 mln. ton neft hasil edilib
16:21
13 May 2019