"Azneftkimyamaş" ASC şirkəti "Balaxanı Maşınqayırma Zavodu" ASC-yə qoşulması ilə əlaqədar ləğv olunur.
FED.az ASC-nin elanına istinadən xəbər verir ki, bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsi ötən gün qərar qəbul edib.
Eləcə də bax: İtaliya şirkəti Balaxanı Sənaye Parkında faəliyyətə başlamağa hazırlaşır
"Əmlak Məsələləri Dövlət Komitəsinin 27.11.2019-cu ul tarixli 233 nömrəli sərəncamı ilə "Azneftkimyamaş" açıq səhmdar cəmiyyəti "Balaxanı Maşınqayırma Zavodu" açıq səhmdar cəmiyyətinə qoşulması ilə əlaqədar "Azneftkimyamaş" açıq səhmdar cəmiyyəti ləğv edilir"-deyə elanda bildirilir.