Azərşəkər LLC
Mühəndis hidrotexnik (Baş mühəndisin müavini)
Namizədlər aşağıda göstərilənləri bilməlidir:
• Mexaniki qurğuların, nasos avadanlıqlarının, kompressor qurğularının, yükqaldırıcı mexanizmlərin və suvarma maşınlarını və suvarma sistemlərini kənd təsərrüfatında tətbiqi qaydalarını;
• Kənd təsərrüfatı sahələrində tarladaxili meliorasiya, irriqasiya sistemlərinin layihələndirilməsini, istismarını və təmir qaydalarını;
• Nasos, kompressor və s. suvarma maşınlarının, pivotların çiləmə üsulu ilə suvarma qaydalarını və təmir qaydalarını;
• Nasos qurğularının verilmiş texniki tapşırığa və layihələrə uyğun olaraq seçim qaydalarını, nasosların növlərini, işləmə prinsiplərini ,tənzimləmə qaydalarını ;
• Yüksək təzyiq altında işləyən nasos avadanlıqlarının işə salma prinsiplərini və təhlükəsiz istismar qaydalarını;
• Qaynaq maşınlarını, qaynaq növlərini və qaynaq üçün tələb olunan çubuqların (elektrodların), qaynaq məftillərinin seçimini və sərf normalarını;
• Maşın və mexanizmlərə təmir üçün tələb olunan ehtiyat hissələrinin müəyyənləşdirilməsini və sifarişlərin hazırlanmasını;
• Hovuzların , boru xəttlərinin layihələr üzrə tikintisinin və qəbul qaydalarını ;
• Nasosxana sahəsində çalışan işçilərin iş qrafiklərinin hazırlanmasına və tətbiqi qaydalarını;
• Təzyiq altında olan boru xəttlərini təmir və istismar qaydalarını
Digər tələblər:
• Tələb olunan ixtisas üzrə ali təhsil;
• Rəhbər vəzifələrdə iş təcrübəsi olmalıdır
• Mexanika sahəsində 5 ildən çox iş təcrübəsi;
• Normativ sənədlərlə işləmə və onların tərtib edilməsi üzrə iş təcrübəsi;
• Müvafiq kompüter proqramları biliyi;
• Texniki Rus və İngilis dilləri üzrə biliklər;
• Məsuliyyətlilik və komandada işləmək bacarığı;
Əlavə məlumat:
• İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
• İşçi tibbi sığorta və korporativ nömrə ilə təmin edilir
İş yeri BECOG Biznes mərkəzi, Zərifə Əliyeva küç.93
Maraqlanan şəxslər öz CV formalarını “Mühəndis hidrotexnik” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.