“Azərbaycan Sənaye Korporasiyasi” ASC ilə Özbəkistan Respublikasının “Uzbekipaksanoat” Assosiasiyası arasında Memorandum imzalanıb.
FED.az xəbər verir ki, İmzalanmış Memorandumun nəticəsi olaraq Assosiasiyanın sədri cənab Baxram Şaripovun rəhbərliyi etdiyi mütəxəssislərdən ibarət nümayəndə heyəti “Azəripək” MMC-də olan mövcud vəziyyətlə tanış olmaq üçün Şəki rayonuna səfər edib.
Eləcə də bax: Barama istehsalında son 21 ilin ən yüksək göstəricisi - QEYDƏ ALINIB
Qonaqlar “Azərbaycan Sənaye Korporasiyasi” ASC-nin baş direktoru Kamran Nəbizadə ilə birgə müəssisədə fəaliyyət göstərən istehsal sahələri, işçi heyəti ilə yaxından tanış olublar. Tərəflər gələcək əməkdaşlıqlar üçün birgə tədbirlərin həyata keçirilməsi istiqamətində müzakirələr apararaq, müvafiq təkliflər təqdim edib.
Səfərin əsas məqsədini rəqabətədavamlı digər təbii ipək məhsullarının istehsalının və satışının təkmilləşdirilməsi üzrə əməkdaşlıq, quru baramadan digər yan məhsulların əldə edilməsi, “Azəripək” MMC-də istehsal prosesinin təkmilləşdirilməsi və məhsulun maya dəyərinin aşağı salınması və keyfiyyətin yüksəlməsi, həmçinin ipəkçilik sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi, baramaçılıq və ipəkçilik sahəsində qabaqcıl təcrübə mübadiləsi təşkil edir.