Azərbaycanın dövlət şirkəti, qızıl və əlvan metal yataqlarının operatoru və istehsalçısı olan «AzerGold» şirkəti 2022-ci ilin ilk yarısı üzrə hesabatını açıqlayıb.
FED.az hesabata istinadən xəbər verir ki, şirkət mənfəətlə işləməkdə davam edir və 2022-ci ilin yarım ili də mənfətlə tamamlanıb.
Belə ki, 2022-ci ilin ilk 6 ayında «AzerGold»un satışlardan gəliri 48 milyon 102 min dollar, satış xərcləri isə 28 milyon 789 min dollar olub.
Nəticədə şirkətin ilkin mənfəəti 21 milyon 312 min dollar təşkil edib.
Bu dövrdə «AzerGold»un ümumi və inzibati xərcləri 7 milyon 559 min dollar, digər xərcləri isə 1 milyon 77 min dollar olub.
Nəticədə şirkət yarım ili 14 milyon 763 min dollar əməliyyat mənfəəti ilə başa vurub, bununla yanaşı, həmin dövrdə «AzerGold»un 400 min dollarlıq məzənnə xərci çıxıb və vergidən əvvəlki xalis mənfəəti 14 milyon 363 min manat olub.
3 milyon 148 min dollarlıq mənfəət vergisi xərci də çıxıldıqdan sonra «AzerGold»un yarım il ərzində xalis mənfəəti 11 milyon 215 min dollar olub.
Yarımil ərzində «Azergold»un aktivləri 289 milyon 818 min dollar təşkil edib.
Şirkətin öhdəlikləri 45 milyon 265 min dollar, kapitalı isə 244 milyon 553 min dollar təşkil edib.
Hesabata əsasən yarım ilin sonunda «Azergold»un əməkdaşlarıın sayı 538 nəfər təşkil edib, bu 1-ci rübün sonu ilə müqayisədə 26 nəfər, 2020-ci ilin sonu ilə müqayisədə isə 123 nəfər artıqdır.