Banner
Banner

Sənaye

Azərbaycanlı milyarderdən - GÖZLƏNİLMƏZ AÇIQLAMA

Azərbaycanlı milyarderdən - GÖZLƏNİLMƏZ AÇIQLAMA | FED.az
12:17 14 Fev 2019

“OPEC+ razılaşmasının sonrakı taleyi aprel ayından sonra, İrana qarşı sanksiyalarla bağlı vəziyyət aydınlaşandan sonra məlum olacaq”.  FED.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Soçidə keçirilən Rusiya İnvestisiya forumunun kuluarlarında “Lukoyl” şirkətinin prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərov bildirib.

Vahid Ələkbərov: Neftin qiymətində kritik dövr artıq arxada qalıb

“Hər şey apreldə İran ətrafında vəziyyətin necə olmasından asılı olacaq. Bu, sanksiyaların nə qədər güclü olmasından asılı olacaq”, – deyə Ələkbərov qeyd edib.

Eləcə də bax: Gürcüstanda SOCAR-a rəqib gəlir - RUSİYADAN DA QAZ ALACAQ

OPEC və təşkilata üzv olmayan digər ölkələr ötən ilin dekabrında 2018-ci ilin oktyabrında olan göstəricidən gündəlik neft hasilatını 1,2 milyon barel həcmində azaltmağa dair qərar qəbul edib.

Bu razılaşmaya əsasən, OPEC-ə üzv 11 ölkə gündə neft hasilatını 812 min barelə -25,94 milyon barel endirməli idi. Bu ilin yanvarında bu ölkələr hasilatı gün ərzində 698 min yəni 26,05 milyon barelə qədər endirib.

Bununla da, OPEC ölkələri yanvar ayında razılaşmanı 86% səviyyəsində edib. Venesuela, Liviya və İran neft hasilatını azaltmaqdan azad edilib.

Qeyd edək ki, İran hazırda ABŞ sanksiyalarının altındadır. Bu sanksiyaların məqsədi İranın neft ixracını sıfıra endirməkdir. OPEC-də olan mənbələrin sözlərinə görə, İranda gün ərzində neft hasilatı 4 min barel yəni 2,75 milyon barelə düşüb.

Venesuelada da neft hasilatı 59 min barel azalaraq 1,1 milyon barelə, Liviyada isə gün ərzində 52 min barel azalaraq 895 min barelə düşüb.


©sputnik.az

Banner

Digər xəbərlər

SORĞU

Azərbaycanda hansı həyat sığortası şirkətinə etibar edirsiniz?