İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsinin rezidenti "Uysal Ambalaj" MMC istehsal etdiiyi məhsulları bu il ərzində xaricə ixrac etməyi planlaşdırır.
Sumqayıt Kimya Sənaye Parkının rezidenti butulka istehsalını artıracaq
FED.az xəbər verir ki, bunu 19 litrlik plastik su qabları və onların qapaqlarının istehsalını həyata keçirirən MMC-nin satış müdiri Rüfət Şükürov deyib.
Onun sözlərinə görə, müəssisə Gürcüstan, Rusiya, Özbəkistan və Qazaxıstana məhsul ixracı üçün danışıqlar aparır. Zavod il ərzində 100 min ədədə yaxın məhsul istehsal edir: "İxraca başlamağımız daxili bazarın məhsulla təminatında problem yaratmayacaq. Zavod daxili bazarı tam olaraq məhsulla təmin edə bilər".
R.Şükürov qeyd edib ki, hazırda zavod tam istehsal gücü ilə işləmir. Müəssisə, daxili bazarın tələbatına uyğun olaraq, istehsal gücünün 30 faizi həcmində məhsul istehsal edir: "Mövcud daxili tələbat hazırda istehsal gücümüzün yalnız 30 faizi həcmində məhsul istehsal etməyə imkan verir. Bizim imkanlarımız isə daha genişdir. Ona görə ixraca başlamaq istəyirik ki, istehsal gücümüz qədər məhsul istehsal edək”. (Azərbaycan iqtisadiyyatı)