2024-cü ilin yanvar-noyabr aylarında 3 736,ton sement istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 317,6 ton və ya 9,3% çoxdur.
Ötən ilin 11 ayı ərzində 3 418,4 ton sement istehsal edilmişdi.
2024-cü ilin 1 dekabr tarixinə hazır məhsul ehtiyatı 99,9 ton təşkil edib.
Bu da əvvəlki illə müqayisədə 40,8 ton və ya 69% artıb .
2023-cü ilin 1 iyul tarixinə hazır məhsul ehtiyatı 59,1 ton təşkil edib