Azərbaycanın “AEM Elektron” MMC şirkəti Çində “Voltam” brendi altında domofon və şlaqbaum istehsalına başlayıb.
Ağdamda yeni şirkət - 12,4 milyon sərmayə ilə, 80 iş yeri yaradılacaq
FED.az xəbər verir ki, bunu şirkətin korporativ satış meneceri Azər Rzayev deyib.
Onun sözlərinə görə, şirkət Çində “Voltam” brendi altında domofon və şlaqbaumla yanaşı, şəbəkə kabelləri, konnektorlar, elektrik yuvaları, müşahidə kameraları da istehsal edir. Bu məhsulllar Çindəki partnyor şirkətlərin zavodlarında hazırlanır və yalnız Azərbaycan bazarına çıxarılır. Gələcəkdə həmin məhsulların istehsalının Azərbaycanda təşkili nəzərdə tutulur: “Domofonlar yeni məhsulumuzdur. Bu məhsullar Azərbaycan bazarına, hələ ki, 500-1000 ədəd, test məqsədilə çıxarılıb. Domofonların, eləcə də “Voltam” brendi altında istehsal etdiyimiz digər məhsulların istehsalını genişləndirəcəyik”.
Qeyd edək ki, ”AEM Elektron” MMC dünyanın aparıcı şirkətlərinin istehsalı olan videonəzarət və təhlükəsizlik sistemlərinin, şəbəkə avadanlıqlarının, kompüter aksesuarlarının və digər İT məhsulların topdan və pərakəndə satışı üzrə ixtisaslaşmış geniş profilli distribüter şirkətidir. 2008-ci ildə təsis edilən şirkət hazırda həm də istehsalla məşğul olur.