Dövlət Statistika Komitəsi ölkədə sənaye istehsalı ilə bağlı vəziyyəti açıqlayıb.
Eləcə də bax:SOCAR-ın Qara dənizdəki terminalı "Marian B" gəmisini təmir edib
FED.az DSK-yə istinadən xəbər verir ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-iyun aylarında 23,6 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,7 faiz artıb.
Sənaye məhsulunun 69,5 faizi mədənçıxarma sektorunda, 25,6 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 35 faiz artıb.