Sənaye

Azərbaycanda - QIZIL EMALÇILARI ASSOSİASİYASI YARADILIR

Azərbaycanda - QIZIL EMALÇILARI ASSOSİASİYASI YARADILIR | FED.az
12:18 18 Fev 2020

Azərbaycanda yaxın vaxtlarda qızıl emalçıları assosiasiyası yaradılacaq.

FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Eləcə də bax: Azərbaycanda zərgərlərə nəzarət edən – YENİ QURUM YARADILACAQ

Onun sözlərinə görə, Agentlik bu məsələ ilə bağlı müxtəlif sahibkarlarla görüş keçirib və assosiasiyanın qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunub.

"Yaxın iki həftə ərzində assosiasiya qeydiyyatdan keçəcək. Bu əlamətdar bir hadisə olacaq, çünki qurum dövlət orqanları və sahibkarlar arasında körpü rolunu oynayacaq", - deyə O. Məmmədov qeyd edib.

Apa

Digər xəbərlər