“CARÇIOGLU GROUP” MMC və Rusiyanın "Tatspirtprom” dövlət şirkətinin birgə əməkdaşlığı ilə yaradılan "RUS AZERİ SPİRİTS” zavodunda tibbi spirt istehsalına başlanıb.
Eləcə də bax: Azərbaycanda tibbi spirt və maskaların satışına - NƏZARƏT GÜCLƏNDİRİLİB
Bu barədə FED.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilir ki, artıq istehsal olunan məhsulun ilk partiyası – 25 min litrə yaxın tibbi spirt apteklərə yola salınıb.
Qeyd edək ki, Qusar rayonunda yerləşən müəssisə gündə 20-25 min litr tibbi sprit istehsal etmək gücünə malikdir. İstehsal tamamilə yerli xammala əsaslanır.