Azərbaycanın “TITAN GROUP” korporasiyası çörəkbişirmə prosesində istifadə olunan rotasiya sobalarının istehsalı həcmini artırır.
FED.az məlumat verir ki, bunu korporasiyanın meneceri Lalə Hüseynova deyib.
Onun sözlərinə görə, şirkət bu il rotasiya sobalarının istehsalını 2-2,5 dəfə artırmağı planlaşdırır:
“Hazırda korporasiya 10 soba istehsal edib. Bu il istehsalın 25 ədədədək çatdırılması planlaşdırılır. Şirkət rotasiya sobaları ilə yanaşı konveksiya sobaları da buraxır. Bu sobalar da çörəkbişirmə prosesində istifadə olunur”.
Menecer bildirib ki, ötən korporasiyanın satdığı çörəkbişirmə avadanlıqlarının ümumi məbləği 100 min manatdan çox olub.
Çörək istehsalında tətbiq olunan bütün avadanlıq növlərinin qiyməti 10-11 min manat təşkil edir.
Trend