Azərbaycanda şəhərlərdə və Xəzər dənizi sahilində balıq bazarları yaradılacaq.
FED.az xəbər verir ki, bu Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında yeni əsasnamədə nəzərdə tutulub. Sənədi prezident İlham Əliyev bu gün – martın 27-də təsdiqləyib.
Əsasnamədə nəzirliyin əsas vəzifələri sırasında şəhərlərdə və Xəzər dənizinin sahillərində balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkili üçün müvafiq torpaq sahələrinin ayrılmasına razılıq verilməsi də nəzərdə tutulub.
Əsasnaməyə görə, Nazirlik ixtisaslaşmış balıq məhsulları satışı bazarlarının yerləşmə sxemini aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla müəyyən edəcək.