2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2019-cu ilin yanvar-fevral aylarındaiçki istehsalında 63,4 faiz, qida məhsullarının istehsalında 23,2 faiz artım, tütün məmulatlarının istehsalında isə 32,1 faiz azalma müşahidə olunmuşdur.
Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir ki, bu sahələrin əsas məhsullarından qənd və şəkər tozu istehsalı 12 dəfə, duru bitki yağlarının istehsalı 26,5 faiz, cem və marmeladların istehsalı 5,8 faiz, araq istehsalı 7,8 dəfə, alkoqolsuz içkilərin istehsalı 36 faiz artmışdır.
@marja