Azərbaycanın şüşə istehsalı şirkəti “Inter Glass” tam istehsal gücünə çatmağı planlaşdırır.
Bunu şirkətin İdarə heyətinin sədri İlal Əhmədov deyib.
İ.Əhmədov qeyd edib ki, hazırda zavod istehsal gücünün yarısı həcmində işləyir: “2017-ci ildə zavod 36 milyon butulka istehsal edib, 2014-cü ildə isə iki konveyer xəttinin tam gücü ilə istehsalı cəmi 38 milyon butulka təşkil etmişdi”.