“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “ASK Şüşə” MMC-də istehsal prosesinin artırılması istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində zavodun ərazisində inşasına başlanılıb və “Hazır məhsul anbarı” binasının tikinti işləri tamamlanıb.
Eləcə də bax: Azərbaycanda böyük zavod - İSTİFADƏYƏ VERİLƏCƏK
FED.az xəbər verir ki, bu barədə ASK-dan məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 7 855,46 m2 təşkil edən anbar, şüşə taranın çeşidindən asılı olaraq 12-15 milyon ədəd şüşə tara saxlama imkanına malikdir. Yüksək texnologiyalı bütün kommunikasiya xətləri, ən müasir havalandırma, yanğından mühafizə sistemləri və digər zəruri avadanlıqlarla təchiz edilən “Hazır məhsul anbarı”da müasir video-müşahidə sistemi də quraşdırılıb.