Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1073,6 kq qızıl istehsal edilib. FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,0% çoxdur. Bu il mayın 1-nə 256,5 kq hazır məhsul ehtiyatı yaranıb.
Bundan başqa, bu ilin 4 ayı ərzində ölkədə 1006,5 kq gümüş istehsal edilib ki, bu da illik müqayisədə 15,4% çoxdur. Bu il mayın 1-nə 299,9 kq hazır məhsul ehtiyatı yaranıb.