Banner

Sənaye

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb | FED.az
11:35 9 Okt 2018

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 5-də 86,78 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamı gününə olan göstəricidən 0,73 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 5-də 85,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,74 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 5-də 82,68 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,88 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 5-də 85,16 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1 dollar/barel azdır.

Digər xəbərlər

Banner