Bu ilin yanvar-fevral aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 98,3 mln. manatlıq məhsul istehsal edilib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 2,5 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 7 dəfə artıb.
Yanvar-fevral aylarında 480 ədəd minik avtomobili istehsal olunub ki, bu da 2019-cu ilin iki ayının göstəriciləri ilə müqayisədə 2,7 dəfə çoxdur. Bu ilin martın 1-nə ölkədə 172 ədəd hazır məhsul istehsalı yaranıb.
Yanvar-fevral aylarında ölkədə 50 ədəd traktor istehsal edilib. Bu, ötən ilin iki ayı ilə müqayisədə 82,6% azdır. Amma bununla belə, martın 1-nə ölkədə 336 ədəd hazır məhsul istehsalı yaranıb
Hesabat dövründə ştanqlı quyu nasoslarının istehsalı 85%, mancanaq dəzgahlarının istehsalı 2,2 dəfə artıb.
Report