Azərbaycan hökuməti 2019-cu ilin yekunları üzrə neft hasilatını 38 mln. 496,4 min ton səviyyəsində proqnozlaşdırır, bu da 2018-ci ilin göstəricisindən 1,7% çoxdur. Bu barədə 2019-cu il üzrə dövlət büdcəsinin zərfində bildirilir.
Yenilənmiş proqnozlara əsasən, 2018-ci ilin yekunları üzrə Azərbaycanda neft hasilatı 37 mln. 848,1 min ton təşkil edəcək, bu da 2017-ci ilin göstəricisindən 2,4% azdır.
2017-ci ildə Azərbaycanda neft hasilatı 38 mln. 756 min ton təşkil edib.