Sənaye

Avtomobil istehsalında 2 rəsmi qurumdan fərqli rəqəmlər

Avtomobil istehsalında 2 rəsmi qurumdan fərqli rəqəmlər | FED.az
10:46 19 Aprel 2019

Neftçala Sənaye Məhəlləsindəki avtomobil zavodunda 2018-ci ildə 1000-dən çox, bu ilin birinci rübündə isə 360 avtomobil istehsal edilib və satılıb.

FED.az xəbər verir ki, bu, İqtisadiyyat Nazirliyindən bildirilib.

İqtisadiyyat Nazirliyinin açıqladığı rəqəm Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmdən yüksəkdir. Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə, 2019-cu ilin yanvar - mart aylarında (1-ci rübdə) Azərbaycanda 283 ədəd minik avtomobili istehsal edilib (yığılıb). 01.04.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 189 ədəd təşkil edib.

Qeyd edək ki, Azərbaycanda Neftçala Avtomobl Zavodu ilə bərabər Naxçıvan Avtomobil Zavodu da fəaliyyət göstərir. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmə Naxçıvan Avtomobil Zavodunun da istehsal etdiyi avtomobillər daxildir. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 969 ədəd minik avtomobili yığılmışdır. Amma İqtisadiyyat Nazirliyi 2018-ci ildə 1000-dən çox avtomobil istehsal edildiyini açıqlayıb.

Eləcə də bax: Hacıqabulda avtobus istehsalı zavodunun - TƏMƏLİ QOYULUB


©Marja

Digər xəbərlər