“ASK Şüşə” MMC-də “Hazır məhsul anbarı” binasının tikintisinə başlanılıb. FED.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Sənaye Korparasiyasından verilib. Məlumatda bildirilir ki, sözügedən anbarın tikinti-quraşdırma işlərinə 2018-ci ilin oktyabr ayında başlanılıb. “Hazır məhsul anbarı” binasının tikintisinə tələb zavodda istehsal olunan məhsulun satışaqədərki zaman kəsiyində mövcud normalar əsasında açıq atmosfer şəraitindən mühafizə edilməsi zəruriliyindən irəli gəlib. Yeni tikilən bir mərtəbəli anbarın daxili sahəsi 7855.46 kvm, ümumi həcmi 66126.00 m3-dir. Sənaye korparasiyasının məlumatında qeyd olunur ki, ilkin hesablamalara görə anbarda 9 000 000 ədədə yaxın şərti şüşə taranın müvəqqəti saxlanması planlaşdırılır.
Müasir tələblərə cavab verən “Hazır məhsul anbarı”nda saxlanılacaq məhsulun keyfiyyətində dəyişiklik yaranmaması üçün sözügedən anbarın daxildə təbii havalandırma və yanğından mühafizə sistemləri quraşdırılıb. Azərbaycan Sənaye Korparasiyanın məlumatında həmçinin bildirilir ki, hazır məhsulun çeşidlər üzrə rahat və normal yığılması, eyni zamanda yük-nəqliyyat vasitələrinin anbara rahat girişi və məhsulun yüklənməsi üçün mükəmməl şərait yaradıllıb.Anbarların Tikinti-quraşdırma işləri cari ilin 2-ci rübünə tamamlanması nəzərdə tutulub.
“ASK Şüşə” MMC-də “Hazır məhsul anbarı” tikilir
13:01
16 Aprel 2019