Cari ilin yanvar-sentyabr aylarında sənaye müəssisələrinin anbarlarında 440 milyon manatlıq hazır məhsul qalıb. FED.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
DSK-nin 9 aylıq hesabatına görə, sənaye sektorunda 35.6 milyard manatlıq məhsul istehsal edilib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib. Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 440 milyon manatlıq hazır məhsul olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.2 faiz azdır.
Ehtiyatların böyük hissəsi- 51,6 faizi paytaxt Bakıda şəhərində yerləşir. Daha sonrakı yerdə isə sənaye şəhəri olaraq Sumqayıt gəlir. DSK-ya görə, sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 55,8 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Anbarlarda 440 milyonluq məhsul qalıb- STATİSTİKA
14:27
17 Okt 2018