Ötən illərdə Gəncə Avtomobil Zavodunun Belarus müəssisələri ilə ticarət dövriyyəsi 402 milyon ABŞ dolları məbləğində təşkil edib.
FED.az xəbər verir ki, bu dövrdə ümumilikdə müxtəlif modeldə 10 min 581 ədəd traktor (o cümlədən, pambıqyığan, kommunal, minitraktorlar və xüsusi təyinatlı texnika) və 3204 ədəd MAZ avtomobili (o cümlədən, su və yanacaqdaşıyanlar, yüküözüboşaldanlar, avtokranlar, HALLER kommunal maşınları), 75 ədəd MAZ avtobusu, 360 ədəd MAZ avtomobil qoşqusu, 20 ədəd MZKT ağırtonnajlı yük dartıcısı yığılıb.
Eləcə də bax: Almaniyanın məşhur şirkəti müflis olub
2018-ci ildə Gəncə Avtomobil Zavodunda mindən çox "Belarus” traktoru, 70-ə yaxın traktor qoşqusu, 60-a yaxın KamAZ avtomobili, 100 ədəd "Ural” avtomobili, 60-dan çox qoşqulu su çəni, HALLER markalı məişət tullantıları daşıyan avtomobillər istehsal olunub. Bütövlükdə il ərzində Gəncə Avtomobil Zavodu Azərbaycan bazarını müxtəlif modifikasiyalı traktor və avtomobil texnikası ilə təchiz edib.