Sabunçu rayonu, Bakıxanov qəs., B.Bünyadov küç., məh. 2578 ünvanında fəaliyyət göstərən, hüquqi şəxs “Vüqar MM” MMC-yə məxsus unlu və qənnadı məmulatları istehsalı müəssisəsində bir sıra nöqsanlar aşkarlanıb.
Eləcə də bax: Bakıda məşhur Catering şirkətinin - FƏALİYYƏTİ DAYANDIRILDI - RƏSMİ AÇIQLAMA
FED.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, müəssisənin yardımçı sahələrində (xammal və hazır məhsul anbarları, soyunub-geyinmə sahəsi və s.) havalandırma sisteminin quraşdırılmadığı, istehsal sahəsindəki havalandırma qurğusunun qeyri-işlək vəziyyətdə olduğu, həmçinin xammal anbarının, istehsal sahəsinin və hazır məhsul anbarının tavanı ilə divarlarının asan yuyula bilən və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materiallarla üzlənmədiyi aşkar edilib. Eyni zamanda, müəssisədə iş prosesində istifadə olunan bəzi alət və avadanlıqların istifadə üçün yararsız olduğu, işçi masaların və lövhələrin taxta materialdan hazırlandığı, soyunub-geyinmə sahəsinin dolablarla təmin edilmədiyi aşkarlanıb. Müəssisədə təmizlik ləvazimatlarının və yuyucu maddələrin saxlanması, eləcə də içilərin qidalanması üçün ayrıca sahənin ayrılmadığı, xammal və hazır məhsul anbarındakı məhsulların döşəmə və divardan ara məsafəsi gözlənilmədən yığıldığı, istehsal sahəsinin pəncərələrində həşaratlara qarşı qoruyucu torların quraşdırılmadığı da müəyyən olunub.
Agentliyin məlumatına əsasən, müəssisədə təmizlik işlərinin aparılmasına dair xüsusi ixtisaslaşmış qurumla bağlanmış müqavilə və bu işlərin görülməsinə dair təsdiqedici sənədlər təqdim edilməyib.
Aşkar edilmiş pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.