Azərbaycanın iqtisadi cəhətdən ən güclü və ən zəif rayonları məlum olub.
FED.az xəbər verir ki, ölkə iqtisadiyyatının böyük hissəsinin yerləşdiyi Bakı şəhəri istisna olmaqla, digər şəhər və rayonlar arasında ən böyük həcmli iqtisadiyyata malik olan şəhər və rayonların ilk 5-liyində Sumqayıt şəhəri, Abşeron və Laçın rayonları, Gəncə şəhəri və Şəmkir rayonu yer alıb. Göstəricilər iqtisadiyyatın sənaye, kənd təsərrüfatı meşə təsərrüfatı və balıqçılıq, tikinti, nəqliyyat və anbar təsərrüfatı informasiya və rabitə, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrini əhatə edir.
Siyahının sonunda isə hələlik yeni daxil olmuş və işğaldan azad edilmiş Xankəndi şəhəri qərarlaşıb.