Gəncədə 2 böyük zavod tikilir.
FED.az-ın məlumatına görə, bunu Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev 2018-ci ilin 9 ayında şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağında bildirib.
ELƏCƏ DƏ BAX: Gəncəyə yeni baş memar - TƏYİN EDİLDİ
E. Rzayev deyib ki, “NB Satınalma və Ticarət” MMC tərəfindən 54,0 hektar ərazidə yerləşən, illik istehsal gücü 3,0 milyon kv.metr olan süni mərmər və qranit, 60 min ton quru inşaat materialları qarışıqları olan Süni Mərmər və Qranit, Tikinti Qarışıqları, Metlax və sair Tikinti Materialları zavodunun tikintisi sürətləndirilib.
“MFK” MMC-nin illik istehsal gücü 30 milyon şərti müxtəlif ölçülərdə kərpic olan, ümumi sahəsi 3,0 hektar olan müasir avadanlıqlarla təchiz ediləcək müəssisənin inşası da davam etdirilməkdədir. Bu müəssisənin 2019-cu ilin birinci rübündə istifadəyə verilməsi nəzərdə tutulur.
Eyni zamanda “Azərbaycan Dəmir Yolları” QSC-nin və Fransa Maliyyə Agentliyinin dəstəyi ilə “Gəncə Əlvan Metal Emalı” ASC-nin şimal-qərb hissəsində, 2019-cu ilin oktyabr ayında istifadəyə verilməsi nəzərdə tutulan, 33,0 milyon avro dəyərində Gəncə lokomotiv deposunun inşasına başlanılıb.
Gəncədə 2 böyük zavod – TİKİLİR
19:12
8 Noy 2018