Eləcə də bax:Ən çox və ən az investisiya qoyulan – RAYONLAR, SİYAHI
FED.az İcra Hakimiyyətlərinin facebookdakı aktivlik dərəcəsini araşdırıb.
Eləcə də bax: Azərbaycanda ən çox iqtisadi artım olan - RAYONLAR, SİYAHI
Araşdırma zamanı məlum olub ki, icra hakimiyyətlərinin bəzilərinin heç Facebook səhifələri yoxdur. Belələrinin sayı 12-dir (Göygöl, İmişli, Goranboy, Naftalan, Astara, Yardımlı, Qusar və s).
Eləcə də bax: «Kimin imkanı varsa, iş qurmaq üçün rayona dəvət edirik» - İCRA HAKİMİYYƏTİ
Neftçala, Saatlı və Xocalı RİH-in facebookda səhifələri olsa da, indiyədək heç bir paylaşım olmayıb.
Facbookda aktiv olan icra hakimiyyətləri də var. Bunlar Gəncə, Xocavənd, Şəmkir İH-dir ki, son paylaşım bu günə aiddir.
Eləcə də bax: Azərbaycanda ən çox və ən az maaş olan - RAYONLAR – SİYAHI
Aktiv İH-i ilə yanaşı Facebookdan passiv istifadə edən İH-i də var. Belə ki, Mingəçevir (24.05.17) və Xızı (31.03.18) səhifələrində son paylaşım 2017-ci il və 2018-ci ilin əvvələrinə aiddir.
Eləcə də bax: İcra Hakimiyyəti: İş qurmaq istəyənlərə torpaq verməyə hazırıq
Səhifəsi ən çox bəyənilən İH-i Şəmkirdir(13 min 327 istifadəçi), ən az isə Sabirabad RİH-dir(57 istifadəçi).
61 rayon arasında səhifəni bəyənənlərin sayı 1000 nəfər və yuxarı olan İH-in sayı 19-dur(Şəmkiri RİH-in nəzərə almasaq).
Eləcə də bax: Azərbaycanda ən az tender keçirən rayonlar – SİYAHI
Səhifəni bəyənənələrin sayı 100 dən aşağı olan RİH-in sayı Neftçala (66 nəfər) və Sabirabad RİH-in səhfələridir.
Eləcə də bax: Azərbaycanın ən çox və ən az vergi ödəyən – RAYONLARI, SİYAHI
Qeyd edək ki, paylaşımlar nəzərə alınarkən 26.02.19 tarixi, yəni ümummilli faicə günü olan Xocalı soyqırımı ilə bağlı paylaşımlar nəzərə alınmayıb.
Göstəricilər 01.03.19 tarixinə aiddir.


