Azərbaycanın kredit bazarında 8 ildir fəaliyyətdə olan bank olmayan kredit təşkilatının rəhbərliyində təyinat olmuşdur.
Eləcə də bax: BOKT-un rəhbəri dəyişdi
FED.az Banker.az-a istinadən xəbər verir ki, Quzey Zeynalov BOKT “İnternational” QSC-nin İdarə Heyəti sədrinin müavini təyin edilib.
O, 2016-cı ilin oktyabrından 2021-ci ilin avqustuna qədər “Turan Bank” ASC-nin dörd – Qazax, Gəncə, Zaqatala və Tovuz filiallarının müdiri vəzifəsində çalışıb.
Hazırda BOKT “İnternational”ın İdarə Heyətinə Həsənov Nicat Vaqif oğlu sədrlik edir. Digər İ.H. üzvləri Allahverdiyev Aqşin İsa oğlu və Zülfüqarova Lalə Əsəd qızıdır.
Xatırladaq ki, “International” 2013-cü ildə yaradılıb. BOKT-un səhmdarı 100% Rifat Həsənovdur.