Böyük Britaniyanın enerji şirkəti BP Kanada sahillərində yerləşən Bay du Nord neft layihəsindəki 37,2 faizlik payını Equinor-a satmaq barədə razılığa gəlib.
Bu gündən Bakı-Supsa kəmərinin operatorluğu SOCAR-a keçir
FED.az xəbər verir ki, Şirkətin açıqlamasına görə, razılaşma çərçivəsində Equinor BP-nin 37,2 faizlik payını əldə edərək Kanada sahillərindəki "Bay du Nord" layihəsinin yeganə sahibi olacaq.
Sözügedən səhm satışı BP-nin gəlirliliyini artırmaq, borc yükünü azaltmaq və kapitalını daha yüksək gəlir gətirən neft və qaz layihələrinə yönəltmək məqsədilə başladığı portfelin yenidən formalaşdırılması strategiyası çərçivəsində həyata keçiriləcək.
Satınalma əməliyyatının iqtisadi şərtlərinə dair detallar açıqlamada yer almayıb.
Equinor "Bay du Nord" layihəsində ilk hasilatı 2031-ci ildə həyata keçirməyi planlaşdırır. Layihə üzrə tələb olunan investisiyanın təxminən 9,8 milyard dollar olacağı təxmin edilir.















