“Cənubtikintiservis” ASC səhmdarlarının təkrar növbəti ümumi yığıncağı keçiriləcək.
Azərbaycanda bazarın səhmdarlarına - DİVİDEND ÖDƏNİLƏCƏK
FED.az xəbər verir ki, buna səbəb 2026-cı il iyunun 19-da çağırılmış növbəti ümumi yığıncağın yetərsay olmadığı üçün baş tutmamasıdır.
Təkrar ümumi yığıncaq 14 avqust 2026-cı il saat 10:00-da Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, 25 nömrəli ünvanda keçiriləcək.
Yığıncağın gündəliyinə ASC-nin 2025-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair hesabatın dinlənilməsi, həmçinin müşahidə şurasının tərkibinin və maliyyə-təftiş komissiyasının formalaşdırılması məsələləri daxil edilib.
Səhmdarlar yığıncaqda şəxsiyyət vəsiqəsi ilə iştirak edə bilərlər. Nümayəndələrin iştirakı isə qanunvericiliyə uyğun qaydada rəsmiləşdirilmiş etibarnamə əsasında mümkündür.
Şirkətin məlumatında qeyd olunur ki, dəvət müşahidə şurası tərəfindən qəbul edilmiş qərara əsasən göndərilir və təkrar ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacib sayılır.















