"Bakıda keçiriləcək 25-ci Beynəlxalq Biznes Forumun əsas məqsədi biznes əlaqələrini inkişaf etdirmək və mövcud əməkdaşlığı genişləndirməkdir".
Eləcə də bax: KOBİA "Rebuild Karabakh" sərgisində - İŞTİRAK EDİR
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu noyabrın 14-17-si tarixlərində Bakıda təşkil olunacaq 25-ci Beynəlxalq Biznes Forum (İBF) çərçivəsində keçirilən mətbuat konfransında çıxış edən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, adıçəkilən forum Azərbaycanın investisiya inkanlarının tanıdılması baxımından əhəmiyyətli platformadır:
"Forumda ümumilikdə 30-a yaxın ölkədən 500-ə yaxın investor və iş adamının iştirakı gözlənilir. Həmçinin 25-ci İBF-də işğaldan azad olunmuş ərazilərin biznes imkanları təşviq ediləcək".