Ermənistanın dövlət büdcəsi tükənmək üzrədir. Bu səbəbdən Ermənistan hökuməti oktyabrın 21-də ölkə parlamentinin növbədəkənar iclasını çağırıb.
Müdafiə Nazirliyindən Xudafərinlə bağlı - AÇIQLAMA
FED.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iclasın gündəliyinə iki məsələ salınıb.
Gündəlikdəki əsas məsələ “Hərbi vəziyyət müddətində vergi güzəştlərinin məhdudlaşdırılması barədə” qanun layihəsidir.
Bundan başqa, Vergilər Məcəlləsinə dəyişikliklər müzakirə olunacaq.
Parlamentə dinləmələri xüsusi rejimdə keçirmək və birinci oxunuşdan sonra 24 saat ərzində ikinci oxunuşu təşkil etmək tövsiyə olunub (Trend).