Gələn il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərdə dövlət orqanlarının gözlənilən müvafiq strukturlarının yaradılması üçün ayrılacaq vəsait məlum olub.
Eləcə də bax: Qarabağ iqtisadi rayonunda kredit qoyuluşu - 238 Milyon Manata Çatıb
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin layihəsi”ndə əksini tapıb.
Layihəyə əsasən, işğaldan azad olunmuş ərazilərdə dövlət orqanlarının gözlənilən müvafiq strukturlarının yaradılması ilə bağlı maliyyə təminatı üçün 10 milyon manat vəsait ayrılması nəzərdə tutulur.